MÜSTƏQİL AUDİTOR HESABATI
“Meqa Həyat Sığorta” ASC-nin səhmdarına
Rəy
Biz, “Meqa Həyat Sığorta” ASC-nin ("Şirkət") 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə tamamlanan il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat uçotu siyasətləri və sair izahedici məlumatları əhatə edən qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.
Bizim rəyimizə görə, əlavə edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından, şirkətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq düzgün əks etdirir.
Rəy üçün əsas
Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının "Etika Məcəlləsinin" (MBESŞ Kod) etik normalarının tələblərinə uyğun olaraq Şirkətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.
Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri
Rəhbərlik maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.
İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri
Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.
Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:
lMaliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki, saxtakarlıq əlbir olma, saxtalaşdırma məqsədli buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.
lMövcud şərtlərdə müvafiq olacaq, lakin Şirkətin daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.
lİstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik