Azərbaycan dünya mediasında
Digər xəbərlər

Azərbaycan dünya mediasında

Azərbaycanın enerji siyasətində mühüm dəyişiklik: yaşıl enerji ixracı

"Sputnik-Gürcüstan" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "Azərbaycan Gürcüstana əlavə sərmayə qoymalıdır ki, Avropaya elektrik enerjisi ixracını artırsın. Azərbaycandan yaşıl enerjinin ixracı üzrə komitənin fevral ayında keçirilən iclasında bunun Xəzər dənizindəki dəniz külək elektrik stansiyalarından Avropa İttifaqına elektrik enerjisinin tədarükü üzrə kompleks layihə olacağı barədə razılıq əldə edilib. Bunun üçün Gürcüstanda elektrik xəttinin genişləndirilməsi lazımdır. Əks təqdirdə, bu, tamamilə faydasız olacaq". Dövlət başçısına istinadən bildirilir ki, Avropada, o cümlədən Almaniyada yaşıl enerjiyə tələbat artıb. Bütün bu amillər onu göstərir ki, Azərbaycanda yaşıl enerji tezliklə təbii qaz qədər vacib olacaq.

Agentlik, həmçinin qeyd edir ki, 2022-ci ilin dekabrında Gürcüstan, Azərbaycan, Rumıniya Macarıstan hökumətləri "yaşıl enerjinin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq" haqqında Saziş imzaladılar. Söhbət Qara dənizin dibi ilə 1000 MVt gücündə 1195 km uzunluğunda elektrik kabelinin çəkilməsindən gedir ki, bu da Azərbaycan Gürcüstanda istehsal olunan elektrik enerjisinin Avropaya satışını dəstəkləyəcək. Sənəd dörd ölkənin maraqlarına xidmət edir. Layihə milli regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji təchizatı mənbələrinin şaxələndirilməsinə yönəlib.

 

Avropa İttifaqı Xocasən gölü ilə bağlı məlumat yayıb

Avropa İttifaqının ətraf mühit üzrə rəsmi səhifəsi çirklənmiş Xocasən gölü ilə bağlı görülən işlər, eləcə Azərbaycanla əməkdaşlıq perspektivləri barədə yazı dərc edib.

Məqalədə bildirilib ki, Azərbaycanın paytaxtı Bakının yaxınlığında yerləşən Xocasən gölü yüksək səviyyədə çirklənməyə məruz qalıb, bu isə gölün ekosistemini ciddi şəkildə təhdid edir. Gölün əvvəlki vəziyyətini bərpa etmək üçün həll yolu "İnteqrasiya edilmiş Göl İdarəçiliyi"ni həyata keçirməkdir. Azərbaycanın Ekologiya Təbii Sərvətlər Nazirliyi artıq Xocasən gölünün ətrafındakı məişət tullantılarının təmizlənməsi işlərinə başlayıb. Növbəti mərhələdə qrunt sularını gölə axıdılmamışdan əvvəl təmizləmək üçün sutəmizləyici qurğu tikiləcək təbii özünütəmizləmə nəticəsində gölə axıdılan tullantı suları onun ekosisteminə zərər vermədən tədricən təmizlənəcək. Hesabatda o da vurğulanıb ki, atılan addımlar yerli biomüxtəlifliyə Xocasən gölünün yaxınlığında yaşayan əhalinin sağlamlığına müsbət təsir göstərəcək.

Yekunda qeyd olunub ki, Avropa İttifaqı Azərbaycanda oxşar təşəbbüsləri təşviq edir yaxın perspektivdə alyansla rəsmi Bakı arasında təmasların artacağı planlaşdırılır.

 

Azərbaycan ordusu Qarabağda bəzi yollardan qanunsuz istifadə hallarına qarşı tədbirlər görür

Türkiyənin xəbər agentliyi "Anadolu Ajansı" Azərbaycan ordusunun Qarabağda bəzi yollardan qeyri-qanuni istifadə hallarına qarşı önləmlər alması ilə bağlı məlumat yayıb.

Məlumatda Azərbaycan Müdafiə Nazirliyinin Qarabağda qanunsuz silahlı birləşmələrin bəzi torpaq yollardan istifadə etməklə canlı qüvvə silah daşımasının qarşısının alınması üçün tədbirlər görüldüyünü açıqladığı bildirilir. Məqalədə qeyd olunub ki, Nazirliyin açıqlamasına görə, Rusiya qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı birləşmələrinə Ermənistandan canlı qüvvə, sursat, mina digər hərbi texnikanın daşınması cəmləşib bu daşımalar xüsusilə gecə saatlarında dumanlı hava şəraitindən istifadə edilməklə həyata keçirilir. Məlumata görə, bəyanatda bu məsələ ilə bağlı Azərbaycan tərəfindən çoxsaylı müraciətlərə danışıqlara baxmayaraq, silah digər hərbi texnikanın daşınmasının qarşısının alınması üçün lazımi tədbirlərin görülmədiyi bildirilib yaranmış vəziyyətlə bağlı Azərbaycan ordusunun Laçın yolunun şimalındakı torpaq yollardan Ermənistanın silah-sursat daşımasının qarşısının alınması məqsədilə yerli tədbirlər görülüb. Sözügedən məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı da yer alıb Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisində qanunsuz fəaliyyət təxribatların həyata keçirildiyi bildirilib. Xəbərə görə, bəyanatda vurğulanıb ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyətin qarşısının alınması üçün Laçın yolunun son nöqtəsində, Azərbaycan Ermənistan sərhədində keçid məntəqəsi yaradılmalıdır.

 

Qazaxıstanın