ÜMUMMİLLİ LİDER — 100
Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir.
***
Müstəqil Azərbaycanın böyük gələcəyi var. Mən bu gələcəyə inanıram.
Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə tanınması və etimad qazanmasının əsasını qarşılıqlı anlaşma siyasətində tarazlıq yaratmaqla qoymuşdur. O, həm də Almaniya və Azərbaycan arasında tarixi dostluq əlaqələrinin yaradılmasının banisidir.
H.Y.KESLER,
AFR-in sabiq naziri.
Bəzi siyasətçilərə ağıl-zəka ilə, digərlərinə qəlbən səs verirlər. Azərbaycan xalqı Heydər Əlirza oğlunu həm ağıl-zəka ilə, həm də qəlbən seçmişdi. Öz Vətəninə hədsiz sadiq olan Heydər Əlirza oğlu özünü tamamilə və bütünlüklə Azərbaycana həsr etmiş və Azərbaycanın ulduzunun dünya səmasında parlaması üçün hər şeyi etmişdir. Şübhə yoxdur ki, onun başladığı və nəzərdə tutduğu bütün işlər həyata keçəcəkdir.
Sergey STEPAŞİN,
Rusiya Federasiyası Hesablama Palatasının
sabiq sədri.
Prezident Heydər Əliyev nəinki Azərbaycan tarixinə, həm də görkəmli şəxsiyyət kimi, suveren Azərbaycan Respublikasını qısa müddətdə dünyanın siyasi cəhətdən əhəmiyyətli dövlətləri sırasına çıxara bilmiş insan kimi iyirminci yüzillikdə dünyanın məşhur siyasi və dövlət xadimləri cərgəsinə daxil olmuşdur. Onun rəhbərliyi ilə neft dövləti kimi Azərbaycanın qarşısında əvvəllər görünməmiş iqtisadi perspektivlər açılmışdır.
Qurban QURBANOV,
Dağıstan Respublikası Dövlət Şurasının
sabiq üzvü.
Heydər Əliyev onu tanıyanların hamısı kimi mənim də xatirəmdə təkcə var qüvvəsini öz ölkəsinin və Azərbaycan xalqının rifahına həsr etmiş bir dövlət xadimi kimi deyil, həm də yeni ideyalara və dialoqa həmişə hazır olmaqla, öz əqidəsinə sadiq qalan prinsipial bir insan kimi yaşayacaqdır.
Canni BUKİKKİO,
Hüquqi Demokratiya üzrə
Avropa Komissiyasının sabiq katibi.
Azərbaycandakı demokratik dəyişikliklər məhz onun adı ilə bağlıdır və o, haqlı olaraq, müasir Azərbaycanın memarı hesab edilir. Heydər Əliyev öz ölkəsinin hüdudlarından kənarda, beynəlxalq aləmdə də böyük nüfuz və hörmət sahibi olan parlaq siyasətçi kimi tanınmışdır.
Sergey STANİŞEV,
Bolqarıstan Sosialist Partiyası Ali Şurasının
sabiq sədri.
Müxtəlif millətlərdən olan ən istedadlı gözəllik yaradanları birləşdirən akademiyamızın sənətkarları Azərbaycanın, digər MDB ölkələrinin mədəniyyətinin inkişafı işinə misilsiz köməyinə və qayğısına görə, eləcə də yaradıcılıq niyyətlərinin həyata keçirilməsində bir çox rəssamlara şəxsən kömək etdiyinə görə Heydər Əliyevə hədsiz minnətdarlıq hissini həmişə qoruyub saxlayacaqlar.
Zurab SERETELİ,
Rusiya Rəssamlıq Akademiyasının prezidenti.
XXI əsrin görkəmli siyasi xadimi Prezident Heydər Əliyev böyük təşkilatçıdır. 1994-cü ildə Qərb ölkələrinin neft şirkətləri "Əsrin müqaviləsini" imzaladı.
Prezident Heydər Əliyevin əməli fəaliyyəti Azərbaycanın işıqlı gələcəyindən, iqtisadi cəhətdən qüdrətli bir ölkə olacağından xəbər verir. Mən buna inanıram.
Jan RORENİN,
Fransa-Azərbaycan Ticarət Palatası
sədrinin sabiq müavini.
Mən onunla olan görüşlərimi çox böyük məmnuniyyətlə hələ də xatırlayıram. Bu görüşlərdə biz Azərbaycan Respublikasının energetika sektorunun inkişaf etdirilməsi planlarını müzakirə etmişik. Biz Prezident Heydər Əliyevin şəxsi qayğısı və xeyir-duası ilə iki böyük layihədə - 1 nömrəli Bakı İstilik-Elektrik Mərkəzinin və "Şimal" DRES-in tikilməsində iştirak etmişik.
Bruno BERQQREN,
İsveçrənin "ABB Asea Braun Boveri Ltd"
şirkətlər qrupunun sabiq 1-ci vitse-prezidenti.
Azərbaycan Heydər Əliyevin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində dünya siyasətində strateji rol oynayır.
Erve de ŞARETT,