Yeni Azərbaycan Partiyası
"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə Göygöl rayonunda tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının məlumatında bildirilir ki, tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev ulu öndər Heydər Əliyevin ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardığını bildirib. O qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın tərəqqisi üçün geniş imkanlar yaradıb, torpaqlarımız işğaldan azad edilib, ölkəmiz möhtəşəm nailiyyətlərə imza atmaqdadır.
Daha sonra tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev, Göygöl şəhər Musiqi məktəbi ərazi partiya təşkilatının sədri Nuranə Quliyeva çıxış etdilər.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Xaqani KOSAYEV,
"Respublika".
Yevlax
Yevlaxda ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması münasibətilə silsilə tədbirlər davam edir. Şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə reallaşan növbəti tədbir "Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi" mövzusuna həsr olunub.
Maraqlı format əsasında təşkil edilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov,YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatları Ağalar Vəliyev, İlham Məmmədov, həmçinin ictimaiyyət nümayəndələri və gənclər iştirak etmişlər. Tədbir iştirakçıları ilk öncə, ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər. Sonra tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Yevlax şəhərinin qəhrəman oğullarının uyuduğu Şəhidlər Xiyabanını da ziyarət ediblər. Ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş tədbir şəhərdəki "KOB EVİ"ndə davam etdirilmişdir. Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad olunmuşdur.
Sonra "Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi" adlı videoçarx nümayiş etdirilmişdir. Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Heydər Əliyevin xidmətlərindən danışmışdır.
Sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zahid Xəlil, Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov və digər iştirakçılar ümummilli lider Heydər Əliyevin yevlaxlılarla keçirdiyi görüşlərdən geniş söhbət açmışlar.
Zabit XƏLİLOV,
"Respublika".
Dövlət Təhlükəsizliyi Xidməti
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən "Heydər Əliyev İli" çərçivəsində Şəki şəhərində "Heydər Əliyev və təhlükəsizlik orqanları" mövzusunda növbəti tədbir keçirilmişdir.
Tədbirdə Şəki Şəhər İcra