DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində
Sosial həyat

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırda 172 benefisiarın yaradıcı potensialının inkişafına dəstək işləri aparılır.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəz sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişafına dəstək məqsədi daşıyır.   

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, mərkəzin benefisiarlarının 92 nəfəri əlilliyi olan şəxslər, 36 nəfəri aztəminatlı ailələrdən olanlar, 33 nəfəri valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, 11 nəfəri şəhid ailələrinin üzvləri,  müharibə ilə əlaqədar əlilliyi olanlar və ailə üzvləridir.

Mərkəzə qəbul olunan  şəxslər müxtəlif fəaliyyət istiqamətləri  üzrə təlimlərdə iştirak edir, öz bacarıqlarını təkmilləşdirirlər.

Mustafa KAMAL,

“Respublika”.