Şamaxı
"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, martın 3-də YAP Şamaxı rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.
Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Yevlax
"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Yevlaxda martın 4-də Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, bütün mənalı ömrünü Vətəninə, xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin zəngin fəaliyyəti tariximizdə dərin izlər buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı daim bu məktəbdən - dahi Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı naminə faydalanacaq: "Ulu öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində müstəqil, müasir və qüdrətli Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış, xalqımızı xoşbəxt gələcəyə aparan yolları müəyyənləşdirmişdir. Azərbaycanın uğurlu gələcəyi naminə təkmil inkişaf konsepsiyasını hazırlayan və davamlı uğurlara imza atan ümummilli liderimiz Heydər Əliyevin "Nə qədər ki Azərbaycan var, mən də varam" kəlamı onun dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərinin aydın ifadəsidir".
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli çıxışında qeyd edib ki, xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən fəaliyyəti sayəsində Azərbaycanda dövlətçilik özünü təkcə siyasi-hüquqi çərçivədə deyil, həm də milli-mənəvi ideyaların təsbit olunmasında da gerçəkləşdirdi. Xalqımız xoşbəxt nəslin nümayəndəsidir ki, dahi Heydər Əliyevin layiqli davamçısı olan, onun müdrik ideyalarını yaşadan və ölkəmizi firavan gələcəyə doğru aparan əvəzolunmaz Lideri - Müzəffər Sərkərdəsi vardır. Xalq öz xilaskarını, tarix isə böyük şəxsiyyətini daim yaşadır və yaşadacaqdır.
YAP Veteranlar Şurasının üzvü Zahid Xəlilov, Milli Məclisin deputatı İlham Məmmədov, Vətən müharibəsi iştirakçısı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuş, Aran qəsəbə 2 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Yusif Kərimov öz çıxışlarında vurğulayıblar ki, ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir. Bu gün Azərbaycanın böyük uğurlara imza atması məhz ulu öndər Heydər Əliyevin irsinin əbədi olduğunu göstərir.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərman ilə təltif edilib. YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Xaqani KOSAYEV,
“Respublika”.