DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BU ÖLKƏ TÜRKİYƏ ÜÇÜN BÜTÜN RESURSLARINI SƏFƏRBƏR EDƏCƏK

Cənubi Koreya prezidenti Yun Sok Yol hökumətə şiddətli zəlzələdən zərər çəkən Türkiyəyə mümkün qədər çox dəstək vermək üçün bütün mövcud resursları səfərbər etmək təlimatı verib. “Teleqraf.comun verdiyi xəbərə görə, prezidentin sözçüsü Li Do Vun dövlət başçısının qardaş xalq Türkiyəyə maksimum dəstək əmri verdiyini bildirib.

Türkiyə hazırda çadır, dərman, tibbi ləvazimatlar elektrik avadanlıqlarına daha çox ehtiyac duyur. Hər bir nazirliyə, o cümlədən xarici işlər, müdafiə sənaye nazirliklərinə bütün mövcud resursları səfərbər mümkün qədər çox yardım təchiz etmək təlimatı verilib”, - deyə mətbuat katibi vurğulayıb.

Eyni zamanda, təkcə təcili yardım deyil, həm yenidənqurma dəstəyi üçün hərəkətə keçməyə çağırış edən Yun Sok Yol Cənubi Koreya baş naziri Xan Dok Su ilə keçirdiyi görüşdə qardaş xalq olaraq xarakterizə etdiyi Türkiyəyə mümkün olan ən yüksək dəstəyin verilməsinin vacibliyini bəyan edib.

 

PENTAQONDAN VURULAN UNO-LARLA BAĞLI AÇIQLAMA

Bazar günü ABŞ hərbçiləri tərəfindən ölkənin şimalındakı Huron gölü üzərində vurulan uçan naməlum obyektpotensial kəşfiyyat imkanlarına görətəhlükə yaradırdı, çünki o, mühüm milli təhlükəsizlik əhəmiyyəti olan hərbi obyektlərin yaxınlığından hərəkət edirdi. “Trendxəbər verir ki, bu barədə Pentaqonun açıqlamasında qeyd olunur.

Uçuş yolunu mövcud məlumatları nəzərə alaraq, bu obyekti Montana üzərindəki hava məkanında qəbul edilən radar siqnalı ilə əsaslı şəkildə əlaqələndirə bilərik: həmin obyekt Müdafiə Nazirliyinin milli təhlükəsizlik baxımından həssas obyektlərinin yaxınlığından uçub”, - deyə açıqlamada bildirilir.

Eyni zamanda, açıqlamaya əsasən, sözügedən naməlum obyekt heç bir yerüstü hədəf üçün birbaşa hərbi təhdid yaratmayıb, lakin onun uçuşların təhlükəsizliyi baxımından, həmçinin potensial kəşfiyyat imkanlarına görə təhlükə yaratdığı düşünülür.

Xatırladaq ki, naməlum obyekt fevralın 11- Montana ştatı üzərində görünüb. Fevralın 12-si sözügedən obyekt ABŞ hərbçiləri tərəfindən vurulub.

Məlumat üçün qeyd edək ki, son bir neçə gün ərzində uçan naməlum obyektlər Kanada, Çin Uruqvayda da müşahidə edilib.

 

UKRAYNANIN XİN BAŞÇISI: YAXIN GÜNLƏRDƏ BÖYÜK HADİSƏLƏR BAŞ VERƏCƏK

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiya ilə müharibənin başlamasının birinci ildönümündə - fevralın 24- böyük hadisələrin gözlənildiyini açıqlayıb. “Teleqraf.comun xəbərinə görə, nazir yaxın günlərdə ciddi qərarların veriləcəyini bəyan edib.

Çox vacib siyasi siqnallar, sanksiyalar, silahlarla bağlı qərarlar, birlik mesajları olacaq bu, bütün səviyyələrdə baş verəcək. Yəni Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücumunun bir illiyini dünyanın necə qeyd edəcəyini xatırlayacaq”, - deyə Dmitri Kuleba vurğulayıb.

Eyni zamanda, verilən xəbərə görə, Ukrayna prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının sessiyasında çıxış etmək üçün fevralın 24- Nyu-Yorka getməyi planlaşdırır.

Bloomberg" agentliyinin məlumatına əsasən, “G7” ölkələri fevralın 24- sanksiyalardan yayınaraq Rusiyaya kömək etdiklərinə görə Çin, İran Şimali Koreyaya sanksiyalar tətbiq edə bilər.

 

NATO-nun İNTERNET RESURSLARI HAKER HÜCUMUNA MƏRUZ QALIB

NATO-nun internet saytları, o cümlədən alyansın Xüsusi Əməliyyatlar Qərargahı haker hücumuna məruz qalıb. “Reportxəbər verir ki, bu barədəDPAagentliyi təşkilatın nümayəndəsinə istinadən məlumat yayıb.

Bununla yanaşı, qeyd olunub ki, kibertəhlükəsizlik üzrə ekspertlər NATO-nun bir neçə internet saytına təsir edən insidenti fəal şəkildə araşdırırlar.

Agentlik bildirir ki, alyans heç bir açıqlama verməyib, yalnız qeyd edib ki, qurum daim haker təhdidləri ilə üzləşir kiberməkanda təhlükəsizliyin təmin edilməsi məsələsinə