Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334, № 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, № 3, maddə 211, № 6 (I kitab), maddələr 541, 551, 555, № 7, maddələr 698, 711, № 8, maddə 894, № 10, maddələr 1090, 1092, № 12, maddələr 1305, 1337; 2022, № 1, maddələr 6, 7, 17, № 6, maddə 587, № 7, maddə 716, № 8, maddə 832) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.6-cı maddədə “münasibətdə,” sözü “münasibətdə vergidən yayınma məqsədilə istifadə edilirsə, o cümlədən” sözləri ilə əvəz edilsin;
1.2. 2.8-ci maddədə “qiymətləndirilməsi” sözü “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada aparılan qiymətləndirilməsinin nəticələrinə dair arayış” sözləri ilə əvəz edilsin;
1.3. 13.2.16.14-1-ci maddənin 9-cu hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 10-cu hissə əlavə edilsin:
“10. qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəəti həmin qeyri-rezidentə köçürüldükdə (verildikdə).”;
1.4. aşağıdakı məzmunda 14.3.6-cı maddə əlavə edilsin:
“14.3.6. vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda).”;
1.5. 14-1-ci maddə üzrə:
1.5.1. 14-1.1.4-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Mənfəətin bölgüsü üsulu bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında əməliyyatlar aparıldığı zaman tərəflərdən hər birinin həmin əməliyyatlardan əldə etdiyi mənfəətin həmin şəxslər arasında bu maddəyə əsasən bölüşdürülməsidir.’’;
1.5.2. aşağıdakı məzmunda 14-1.10-cu maddə əlavə edilsin:
“14-1.10. Qeyri-rezident şəxslərin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlər üzrə mənfəətin (gəlirin) müəyyən edilməsi və həmin qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə münasibətdə vergilərin hesablanması bu maddəyə əsasən müəyyənləşdirilir.”;
1.6 . 14-2-ci maddə üzrə:
1.6.1. 14-2.1-ci maddədən “, güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən” sözləri çıxarılsın;
1.6.2. 14-2.1.1-ci maddəyə “sahibdirsə” sözündən sonra “və” sözü əlavə edilsin;
1.6.3. 14-2.1.2-ci maddədə “vergisindən 2 dəfə və ya daha çox aşağı olarsa” sözləri “vergisinin 75 faizinə və ya daha aşağı hissəsinə bərabər olarsa və” sözləri ilə əvəz edilsin;
1.6.4. 14-2.2-ci maddədə “Nəzarət” sözü “Nəzarət olunan xarici müəssisənin mənfəətinin Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxsin vergi tutulan gəlirlərinə daxil edilməsi qaydası, habelə nəzarət” sözləri ilə əvəz edilsin;
1.7. 16-cı maddə üzrə:
1.7.1. 16.1.8-ci maddəyə “tibb müəssisələri” sözlərindən sonra “və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər” sözləri əlavə edilsin;
1.7.2. 16.1.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“16.1.11. sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident kredit təşkilatlarında və ya qeyri-rezident bank əməliyyatı aparan şəxslərdə açılmış hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada məlumatı vergi orqanına təqdim etmək;”;
1.7.3 . 16.1.11-4-cü maddəyə “elektron hesabatların” sözlərindən sonra “və vergi orqanının tələbi əsasında dəqiqləşdirilmiş elektron hesabatların” sözləri əlavə edilsin;
1.7.4. aşağıdakı məzmunda 16.1.11-6.5-ci maddə əlavə edilsin:
“16.1.11-6.5. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən edilən ödənişlər üzrə;”;
1.7.5. 16.1.11-11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“16.1.11-11. neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyicələri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada aşağıdakı məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) uçotda olduğu vergi orqanına vermək:”;
1.7.6. 16.1.11-11.3-cü maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunur.”;
1.7.7. 16.6-cı maddəyə “nümayəndəliklərinə” sözündən sonra “və fərdi sahibkarlara” sözləri əlavə edilsin və həmin maddədən “və təkrarsığortaçılar” və “(təkrarsığortalanmış)” sözləri çıxarılsın;
1.7.8. 16.7-ci maddədə “maddəsinə” sözü “və 228-ci maddələrinə” sözləri ilə əvəz edilsin;
1.8. 30-cu maddə üzrə:
1.8.1. 30.2.2-ci maddəyə “nömrəsi” sözündən sonra “və təsərrüfat subyektinin (obyektinin) uçot kodu” sözləri əlavə edilsin;
1.8.2. 30.2.5-ci maddədə “vergi ödənişləri üzrə” sözləri “vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə” sözləri ilə əvəz edilsin;
1.8.3. 30.6.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 30.6.16-cı maddə əlavə edilsin:
“30.6.16. səlahiyyətlərinin icrası ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma).”;
1.8.4. aşağıdakı məzmunda 30.6-1-ci və 30.6-2-ci maddələr əlavə edilsin:
“30.6-1. Vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin vergi uçotundan çıxarılıb-çıxarılmaması, vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə), vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi ünvan haqqında məlumat səlahiyyətlərinin icrası ilə əlaqədar dövlət orqanlarına (qurumlarına) verilə bilər.
30.6-2. Vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə) haqqında məlumat hesabların açılması məqsədilə bank əməliyyatı aparan şəxslərə verilə bilər.”;
1.9. 33-cü maddə üzrə:
1.9.1. 33.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“33.5. Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir.”;
1.9.2. aşağıdakı məzmunda 33.8-1-ci maddə əlavə edilsin:
‘’33.8-1. Rezidentlərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (bu Məcəllənin 19-cu maddəsi ilə nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydası müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.’’;
1.10. 34.7.4-cü maddənin ikinci cümləsi çıxarılsın;
1.11. 35-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 35. Vergi ödəyicilərinə hesabların açılması
35.1. Vergi ödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank hesablarını açmaq və aparmaq hüququ olan kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna (bundan sonra - bank əməliyyatları aparan şəxslərə) müraciət etdikdə bank əməliyyatları aparan şəxslər vergi ödəyicilərinə hesablar açır (qanunla hesabın açılmasından imtinaya əsas verən hallar nəzərə alınmaqla) və açılmış hesabların (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) vergi orqanında qeydiyyata alınması üçün forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərir.
35.2. Açılmış hesab daxil olmuş məlumat əsasında vergi orqanı tərəfindən real vaxt rejimində avtomatlaşdırılmış qaydada qeydiyyata alınır və bu barədə bank əməliyyatları aparan şəxslərə qeydiyyat bildirişi göndərilir. Qeydiyyat bildirişi daxil olanadək bank əməliyyatı aparan şəxslər tərəfindən hesab üzrə məxaric əməliyyatlarının aparılması qadağandır.
35.3. Adına hesab açılmış vergi ödəyicisinin dövlət büdcəsinə və büdcədənkənar fondlara vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduğu və bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilən müddət bitdiyi halda vergi orqanı tərəfindən hesabın qeydiyyata alınmasına dair bildirişlə yanaşı eyni gündə həmin hesab üzrə bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq sərəncam da göndərilir və bildirişdə bu barədə qeyd edilir.
35.4. Hesab üzrə vergi orqanının sərəncamının göndəriləcəyi barədə qeyd olan hesab üzrə bank əməliyyatı aparan şəxslər tərəfindən həmin hesab üzrə vergi orqanının sərəncamı daxil olanadək sərəncamda göstərilən məbləğin 105 faizi həcmində məxaric əməliyyatlarının aparılması məhdudlaşdırılır. Bank əməliyyatlarını aparan şəxslər tərəfindən vergi orqanının sərəncamı daxil olanadək hesabdan məxarici məhdudlaşdırılan vəsaitdən artıq olan pul vəsaiti olduğu halda həmin artıq pul vəsaitinin hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Həmin hesaba vergi orqanının sərəncamı daxil olduqdan sonra hesab üzrə əməliyyatlar qanunla nəzərdə tutulmuş qaydalara və növbəliliyə riayət edilməklə icra edilir.
35.5. Vergi ödəyicilərinə məxsus hesabların bank əməliyyatı aparan şəxslərin özü, filial və ya struktur bölmələri arasında köçürülməsi zamanı bank əməliyyatı aparan şəxslər köçürülən hesablar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada məlumatı hesabın köçürüldüyü tarixdən 1 iş günü müddətində elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.
35.6. Vergi ödəyicilərinə məxsus hesablar bank əməliyyatı aparan şəxslər tərəfindən bağlandıqda həmin şəxslər bu barədə məlumatı hesabın bağlandığı tarixdən 1 iş günü müddətində elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.
35.7. Bank əməliyyatlarını aparan şəxslər hüquqi və fiziki şəxslərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini təmin edirlər.”;
1.12. 37.2-ci maddənin ikinci cümləsində ‘’30’’ rəqəmləri ‘’90’’ rəqəmləri ilə əvəz edilsin;
1.13. aşağıdakı məzmunda 38.7.4-1-ci, 38.9-cu və 38.10-cu maddələr əlavə edilsin:
“38.7.4-1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək.”;
“38.9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xarici dövlətlərin (ərazilərin) səlahiyyətli orqanının nümayəndəsi Azərbaycanda və ya Azərbaycan Respublikasının vergi orqanının səlahiyyətli nümayəndəsi həmin xarici dövlətdə (ərazidə) fəaliyyət göstərən vergi ödəyicisində keçirilən səyyar vergi yoxlamalarında iştirak edə bilər.
38.10. Xarici dövlətin (ərazinin) səlahiyyətli orqanının nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində səyyar vergi yoxlamasında iştirakının təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.’’;
1.14 . 50.8-ci maddə üzrə:
1.14.1. 50.8.2-ci maddədə “VÖEN-i” sözü “VÖEN” akronimi ilə əvəz edilsin;
1.14.2. 50.8.5-ci maddəyə “verginin” sözündən sonra “dərəcəsi və” sözləri əlavə edilsin;
1.14.3. 50.8.6-cı maddədə “gün” sözü “cari növbə” sözləri ilə əvəz edilsin və həmin maddəyə “nömrəsi” sözündən əvvəl “çekin” sözü əlavə edilsin;
1.14.4. aşağıdakı məzmunda 50.8.10-1-ci maddə əlavə edilsin, həmçinin 50.8.16-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 50.8.17-ci və 50.8.18-ci maddələr əlavə edilsin:
“50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ;”;
“50.8.17. nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);
50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı.”;
1.14.5. 50.8.11-ci maddəyə “malın” sözündən sonra “və ya xidmətin (işin)” sözləri əlavə edilsin;
1.14.6. 50.8.13-cü maddədə “(nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr)” sözləri “(nağd, nağdsız, bonus, hədiyyə kartı)” sözləri ilə əvəz edilsin;
1.14.7. 50.8.14-cü maddədə “və ya ləğvetmə” sözləri “, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş” sözləri ilə əvəz edilsin;
1.14.8. 50.8.16-cı maddə aşağıdakı redaksiyada verilsin;
“50.8.16. geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);”
1.15. 56.1-ci maddəyə “5 il” sözlərindən sonra “, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə” sözləri əlavə edilsin;
1.16. 57-ci maddə üzrə:
1.16.1. 57.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“57.1. Hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”;
1.16.2. 57.1-2-ci maddədə “500” rəqəmləri “10000” rəqəmləri ilə əvəz edilsin;
1.16.3. 57.3-cü maddəyə “bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş” sözlərindən sonra “5 ildən az olmayan” sözləri əlavə edilsin;
1.17. 58-ci maddə üzrə:
1.17.1. 58.6-cı maddədə “gec ƏDV məbləğinin ödənilməsinə’’ sözləri “1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə’’ sözləri ilə əvəz edilsin;
1.17.2. 58.7-1.10-cu maddəyə “tibb müəssisəsinə’’ sözlərindən sonra “və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə” sözləri əlavə edilsin;
1.17.3. 58.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“58.11. Sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident kredit təşkilatlarında və ya bank əməliyyatı aparan qeyri-rezident şəxslərdə açılmış hesaba (rezident banklar tərəfindən qeyri-rezident banklarda açılmış müxbir hesablar istisna olmaqla) dair forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatın bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim edilməməsinə görə həmin hesaba mədaxil edilmiş pul vəsaitinin 100 faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.”;
1.17.4. 58.13-cü madddəyə ikinci halda “təqdim edilməsinə” sözlərindən sonra “(elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla)” sözləri əlavə edilsin;
1.18. aşağıdakı məzmunda 59.2-1-ci maddə əlavə edilsin:
“59.2-1. Bu Məcəllənin 90.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının ödəmə müddəti ötmüş vergi öhdəliklərinə faizlərin hesablanması kredit təşkilatının müflis elan olunması haqqında məhkəmə qərarının qəbul edildiyi gündən etibarən dayandırılır.”;
1.19. 60-cı maddə üzrə:
1.19.1. adına “Kredit təşkilatlarına” sözlərindən sonra “, bank əməliyyatlarını aparan şəxslərə” sözləri əlavə edilsin;
1.19.2. 60.1-ci maddədə “Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına” sözləri “Kredit təşkilatları və bank əməliyyatlarını aparan şəxslərə” sözləri ilə əvəz edilsin;
1.19.3. 60.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“60.1.1. vergi ödəyicisinə hesablar açdıqda həmin hesabların vergi orqanında qeydiyyata alınması üçün elektron məlumatın bu Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq vergi orqanına təqdim edilməməsinə görə - hər açılmış hesab üzrə 400 manat məbləğində, habelə vergi orqanında qeydiyyata alınmamış hesablar üzrə və ya bu Məcəllənin 35.2-ci maddəsində müəyyənləşdirilən qeydiyyat bildirişi daxil olanadək məxaric əməliyyatları (dövlət büdcəsinə və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə büdcədənkənar fondlara məxaric əməliyyatları istisna olmaqla) aparıldığı halda aparılmış məxaric əməliyyatının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.”;
1.19.4. 60.3.3-cü maddədə “aparılmış əməliyyatın” sözləri “hesaba mədaxil olunmuş vəsaitin” sözləri ilə əvəz edilsin;
1.20. aşağıdakı məzmunda 65.8-1-ci və 65.10-cu maddələr əlavə edilsin:
“65.8-1. Bu Məcəllənin 65.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam olduqda, vergi ödəyicisi dondurulmuş pul vəsaitinin dövlət büdcəsinə köçürülməsi ilə bağlı kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslərə ödəniş tapşırığı təqdim edə bilər və həmin şəxslər vergi ödəyicisinin ödəniş tapşırığında göstərilən məbləğdə pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini təmin edir.”;
“65.10. Vergi orqanları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin yerinə yetirilməsi məqsədilə xarici dövlətlərin vergi orqanlarının müraciətinə əsasən həmin xarici dövlətdə yaranmış vergi borcunun alınması ilə bağlı bu Məcəllənin 65.1 – 65.9-cu maddələrində nəzərdə tutulmuş tədbirləri həyata keçirirlər.”;
1.21. 76-cı maddə üzrə:
1.21.1. 76.1-ci maddədə “bank hesabı və əməliyyatları barədə məlumat” sözləri “eyniləşdirmə məlumatını, onun bank hesabları və əməliyyatları barədə məlumat, həmçinin bu məlumatı təsdiq edən sənədləri” sözləri ilə əvəz edilsin;
1.21.2. 76.1-1-ci maddədə “şəhadətnamə-dublikat əsasında” sözləri “sahibkarlıq fəaliyyəti məqsədləri üçün” sözləri ilə əvəz edilsin;
1.21.3. 76.2-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Bu maddənin digər müddəalarından asılı olmayaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərindən irəli gəldiyi halda xarici dövlətin səlahiyyətli orqanından daxil olan müraciətdə (sorğuda) hesab sahibinə müvafiq məlumatın verilməməsi qeyd edildiyi təqdirdə, hesab sahibinə rəsmi məlumat göndərilmir.”;
1.22. 76-1-ci maddədə “vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin” sözləri “qeyri-rezidentlərin” sözləri ilə, “orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına” sözləri “orqanına” sözü ilə əvəz edilsin;
1.23. 79.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Müflis elan olunmuş bankların vergi öhdəlikləri “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq yerinə yetirilir.”;
1.24. 85-ci maddə üzrə:
1.24.1. 85.4-cü maddəyə ikinci halda “qurtardıqdan sonra” sözlərindən sonra “(səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən)” sözləri əlavə edilsin;
1.24.2. 85.5-ci maddəyə “əvəzləşdirilməsini” sözündən sonra “vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən)” sözləri əlavə edilsin;
1.25. aşağıdakı məzmunda 89.15-1-ci maddə əlavə edilsin:
“89.15-1. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının əmlakı siyahıya alınmır.”;
1.26. 102-ci maddə üzrə:
1.26.1. 102.1.7-ci maddəyə “əmlakdan” sözündən sonra “, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla)” sözləri əlavə edilsin;
1.26.2. 102.1.11-ci maddədə “istehsalından alınan gəlirlər” sözləri “istehsalından (o cümlədən, sənaye üsulu ilə) alınan gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar” sözləri ilə əvəz edilsin;
1.26.3. aşağıdakı məzmunda 102.1.11-1-ci və 102.1-1-ci maddələr əlavə edilsin:
“102.1.11-1. kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 1 il müddətinə;
102.1-1. şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.”;
1.26.4. 102.1.14.15-ci maddəyə “hüquq mühafizə orqanlarının” sözlərindən sonra “(o cümlədən hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən vergi orqanının)” sözləri əlavə edilsin;
1.26.5. 102.1.15-ci maddə aşağıdakı redaksiyada verilsin:
“102.1.15. yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri. Beynəlxalq yarışlarda (idman yarışları istisna olmaqla) və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, regional, şəhər və rayon yarışlarında (idman yarışları istisna olmaqla) və müsabiqələrində isə 200 manatadək;
Beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyəri, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışları ilə bağlı respublika idman federasiyaları