Bakı Nəqliyyat Agentliyi "Bakı şəhəri, Suraxanı rayonu, Zığ şosesi 95 ünvanında nəzərdə tutulan avtobus dayanacaq parkının ikinci (sonuncu) mərhələsinin tikintisi işləri"nin satınalınması üzrə
TƏKLİFLƏR SORĞUSU ELAN EDİR
Tarix: 04 aprel 2022-ci il.
Tender 1 (bir) lot üzrə keçirilir.
Lot 1: "Bakı şəh. Suraxanı ray. Zığ şosesi 95 ünvanında nəzərdə tutulan avtobus dayanacaq parkının ikinci (sonuncu) mərhələsinin tikintisi işləri"nin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, lot üzrə öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşagıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti işlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.
Əlaqələndirici şəxs: Şahbazi Səkinə Qəhrəman qızı.
Ünvan: Bakı şəhəri, Az 1029 Bakı şəh., Nərimanov rayonu, Ziya Bünyadov 111.
Əlaqə nömrəsi: Telefon:+994124044120, Email: Vilayət Abdulxalıqlı VAbdulkhaligli@bna.az
Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən və aşağıda qeyd olunan hesaba lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirak haqqı:
Lot 1: 1500 (bir min beş yüz) manat.
Benefisiarın adı: Bakı Nəqliyyat Agentliyi Publik Hüquqi Şəxsi
Bank rekvizitləri
Kapital Bank ASC Mərkəz filialı
Filialın kodu: 200026
Bankın VÖEN-i: 9900003611
SWIFT kod: AIIBAZ2XXXX
Müxbir hesab: AZ37NABZ01350100000000001944
Benefisiarın hesab №-si:
AZ88AIIB38050029440426051102
Benefisiarın VÖEN-i: 1503112971
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün müraciət ərizəsi
2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi)
3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə (uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin, Nizamnaməsinin (əsasnaməsinin) notariat qaydasında 2022-ci ildə təsdiq edilmiş surətləri.
4. Rəsmi blankda təsdiq edilmiş rekvizitləri.
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış - Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir
6. İddiaçının son maliyyə ilindəki fəaliyyəti haqqında vergi orqanlarına təqdim olunmuş maliyyə hesabatının rəsmi şəkildə təsdiq olunmuş surəti-2021-ci il üzrə (notarial təsdiq formasında vergi orqanı tərəfindən bu hesabatın təqdim olunmasını təsdiq edən bildirişin əsli ilə birlikdə)
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı - 01.03.2022-ci il tarixdən sonrakı tarixdə alınmış bank arayışı qəbul ediləcəkdir.
8. İşin icrası ilə bağlı subpodratçı qismində başqa firmalardan istifadə olunub - olunmayacağı barədə məlumat (əgər istifadə olunacaqsa, həmin firma ilə iddiaçı arasında bu barədə tərtib olunmuş razılaşma sənədinə "Bakı Nəqliyyat Agentliyi" tərəfindən verilmiş razılıq məktubunun surəti də əlavə olunmalıdır).
9. Aşağıdakı aidiyyəti sənədlər:
- İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat;
- İddiaçının ixtisas uyğunluğu barədə sənədlər (fəaliyyət göstərdiyi sahə üzrə beynəlxalq və yerli səviyyədə əldə etdiyi sertifikatlar, fərqlənmə diplomları və s. haqqında məlumatlar);
- İddiaçının son 1 (bir) ildə iştirak etdiyi tender üzrə icra olunmuş məbləğ.
10. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)
11. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
12. Podratçının müəyyən etdiyi digər sənədlər.
Qeyd: Xarici şirkətlər tender prosedurunda iştirak etmək istədikdə, onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədləri təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 18.04.2022-ci il saat 15:00 tarixinədək qəbul olunacaqdır
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti struktur idarələrinə tələb olunan süzgəclərin satınalınması məqsədilə
MÜSABIQƏ ELAN EDIR
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2022-ci il martın 15-i saat 17:00-dəkdir.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.
BİLDİRİŞ
"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC "Saatlı PİEZ-in infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ərazinin müəyyən hissəsinə qum-qırmadaş və asfalt-beton örtüyünün çəkilməsi işlərinin satın alınmasını" təkliflər sorğusu üsulu ilə həyata keçirir.
İştirak haqqı: 350.00 manat İştirak haqqı: 205 (USD)
Benefisiar bankın adı: "Kapital Bank" ASC Səbail filialı
Swift Code: AIIBAZ2X Swift Code: AIIBAZ2X
Benefisiar bankın ünvanı: Benefisiar bankın ünvanı:
Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 63. Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 63.
Kod: 200059 Kod: 200059
Bank VÖEN: 9900003611 Bank VÖEN: 9900003611
Alan: "AZƏRPAMBIQ AQRAR Bankın adı: Raiffeisen Bank
SƏNAYE KOMPLEKSİ" MMC İnternational AG, Vienna Austria
Alanın hesabı: Bankın müxbir hesabı: RZBAATWW
AZ61AIIB38070019440435563105 070-55.075.527
Müxbir hesab: Alan: "AZƏRPAMBIQ AQRAR
AZ37NABZ01350100000000001944 SƏNAYE KOMPLEKSİ" MMC
VÖEN: 1305532271 Benefisiar bankın adı: "Kapital Bank" ASC Səbail filialı
Alanın hesabı: AZ51AIIB38170018400435563105
VÖEN: 1305532271
Maraqlanan təşkilatlar: (+99455)500-12-95 mobil nömrəsi və yaxud jala.rustamova@azercotton.com elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.
Satınalma müqaviləsi üzrə ödənişlər köçürmə yolu ilə aparılacaqdır. Malgöndərən (podratçı) tərəfindən təklif olunan mallar və işlərin qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla göstərilməlidir. Göndərilən mallar, yerinə yetiriləcək işlər və xidmətlər əsas şərtlər toplusundakı bütün tələblərə cavab verməlidir. Qiymət təklifləri ikiqat qapalı zərfdə (əsli və surəti yazılmaqla iki nüsxədə), imzalanıb möhürlənərək 18 aprel 2022-ci il saat 17:00-dək Bakı şəhəri, AZ1065 Yasamal r-nu, Tbilisi prospekti 35, ASK PLAZA, 3-cü mərtəbə ünvanında yerləşən "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin Tender Komissiyasına təqdim olunmalıdır. Qiymət təklifləri 19 aprel 2022-ci il tarixində saat 12:00-da Bakı şəhəri, AZ1065 Yasamal r-nu, Tbilisi prospekti 35, ASK PLAZA, 3-cü mərtəbə ünvanında yerləşən "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin Tender Komissiyası tərəfindən açılacaqdır.