Bakı Nəqliyyat Agentliyi “Bakı şəhərinin inzibati ərazisində (prospekt və küçələrdə) Yol xətlənməsi əl işləri”nin satın alınması üzrə
AÇIQ TENDER ELAN EDİR
Tender 1 (bir) lot üzrə keçirilir.
Lot 1: “Bakı şəhərinin inzibati ərazisində (prospekt və küçələrdə) Yol xətlənməsi əl işləri”nin satın alınması
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron (asan) imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını Asan Ödəniş vasitəsilə göstərilən hesaba köçürdükdən (müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan və “Asan Ödəniş et” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən) sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı:
Lot 1: 500 (beş yüz) manat.
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron formada təqdim etməlidirlər, təqdim ediləcək bütün sənədlərin orijinalları skan edilməli və pdf formatında yerləşdirilməlidir:
1.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin, Nizamnaməsinin (əsasnaməsinin) notariat qaydasında 2021-ci ildə təsdiq edilmiş surətləri
2.Rəsmi blankda təsdiq edilmiş rekvizitləri
3.Tenderdə iştirak etmək üçün müraciət ərizəsi
4.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
5.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)
6.Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)
7.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış - Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir
8.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - Son bir il üzrə (vergi orqanları tərəfindən təsdiq olunmalıdır, əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir)
9.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı - 30.03.2021-ci il tarixdən sonrakı tarixdə alınmış bank arayışı qəbul ediləcəkdir
10.İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə sənəd-arayış;
11.Aşağıdakı aidiyyəti sənədlər:
- iddiaçının cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat;
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmaması barədə məlumat;
- iddiaçının ixtisas uyğunluğu barədə sənədlər (fəaliyyət göstərdiyi sahə üzrə beynəlxalq və yerli səviyyədə əldə etdiyi sertifikatlar, fərqlənmə diplomları və s. haqqında məlumatlar);
- iddiaçı təqdim etdiyi malların mənşə, keyfiyyət və uyğunluq sertifikatlarını təqdim etməlidir.
12.Podratçının müəyyən etdiyi digər sənədlər.
Bütün sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. İddiaçılara Tenderlə bağlı hər bir məlumat Azərbaycan dilində təqdim ediləcəkdir. Aidiyyəti üzrə sənədlər Tender Komissiyasına Portal vasitəsilə Azərbaycan dilində təqdim edilməlidir. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 22.07.2021-ci il saat 15:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 30.07.2021-ci il saat 17:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 02.08.2021-ci il saat 15:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu açıq tender üsulunu tətbiq etməklə aşağıdakı elektron satınalmanı elan edir
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşir. Fond Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı məlumatları http://mcgf.gov.az/rəsmi internet saytından əldə etmək olar.
Satınalma predmeti informasiya texnologiyaları üzrə konsaltinq xidmətləridir. Satınalma müqaviləsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə uyğun olaraq yazılı formada bağlanacaqdır. Satınalma müqaviləsinin icra müddəti 4 ay ərzində həyata keçiriləcəkdir. Xidmətlər qaimə-faktura əsasında təhvil verildikdən sonra 5 iş günü ərzində ödəniş həyata keçiriləcəkdir.
Satınalma ilə bağlı Fond ilə iddiaçılar arasında qarşılıqlı məlumat mübadiləsi və sənədlərin təqdim olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin göndərilməsi elektron qaydada dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) vasitəsilə təşkil ediləcəkdir. Fond ilə elektron satınalmanın iştirakçıları və ya onların özü arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əlaqə saxlanılacaqdır.
Malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (müvafiq dövlət qurumlarından alınır);
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
Elektron satınalma qiymətləndirilmə nəticəsində ən sərfəli sayılan təklif əsas götürülməklə malgöndərənlərə (podratçılara) təqdim olunan qiymət və digər meyarlar əsasında həyata keçiriləcəkdir. Müvafiq prosedurlar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Tender təklifinin qiymətləndirilməsi meyarları aşağıdakılardır:
Qiymət amili - 80 bal;
Zəruri texniki və keyfiyyət xüsusiyyətləri - 20 bal, o cümlədən xidmətlərin keyfiyyəti 10 bal, xidmətlər üzrə şərtlər 10 bal.
Təkliflərin qiymətləndirilməsi üçün tətbiq ediləcək riyazi düstur aşağıdakı kimidir: məsələn, 80 bal ən aşağı qiymət verən malgöndərənə verilir və digər malgöndərənlərin maliyyə amili isə ən aşağı qiymət verən malgöndərənin qiymət təklifi həmin malgöndərənin qiymət təklifinə bölünüb 80-ə vurulmaqla müəyyən edilir. Kəmiyyətlə ifadə olunan texniki göstəricilər üzrə ən yaxşı təklif verən malgöndərənə müvafiq meyar üzrə maksimum bal verilir.
Təklifin qiymətinə bütün xərclər (o cümlədən nəqliyyat, sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilməlidir. Qiymət təklifi bütün xərclərin cəmi nəticəsində hesablanaraq AZN-lə ifadə olunmalıdır.
Səmərəli rəqabətin təmin edilməsi və elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan malgöndərənlərin (podratçıların) minimal sayı 3 olmalıdır.
Elektron satınalmaya buraxılış və qoşulma qaydası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir. Elektron satınalmada iştirak etmək üçün malgöndərənlər 100 manat məbləğində tenderdə iştirak haqqını dövlət satınalmalarının vahid internet portalı vasitəsilə Fondun hesabına ödəməlidirlər. İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlərin iddiaçı kimi elektron satınalmada qeydiyyatdan keçməsi üçün aşağıdakı sənədlər 15 iyul 2021-ci il saat 10:00-dək dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməlidir:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
- iddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq icra hakimiyyəti orqanından arayışlar;
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünə dair meyar göstəricilərini əks edən məlumatlar;
- iddiaçının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ixtisas göstəriciləri meyarlarına uyğun gəlməsi barədə iltizam.
Elektron satınalma zamanı təqdim olunacaq məlumatlar, habelə Əsas şərtlər toplusu Azərbaycan dilində olmalıdır. Təkliflər və təkliflərin qiymətlərinin 1 faizi həcmində bank zəmanəti 27 iyul 2021-ci il saat 18:00-dək dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməlidir. Hər bir iddiaçı tender üzrə yalnız bir təklif verə bilər. Tender təklifləri Azərbaycan dilində təqdim edilməlidir. Tender təklifində onun hansı tender üzrə olduğu, tender təklifinin qüvvədə olma müddəti və tender təklifinin tarixi (sənədin tarixi) qeyd olunmalıdır.
Elektron satınalma 28 iyul 2021-ci il tarixində saat 10:00-da dövlət satınalmalarının vahid internet portalında açılacaqdır. Elektron satınalma zamanı Fond bütün iştirakçıların eyniləşdirmə məlumatlarını məxfi saxlayacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”yə görə satınalmaların nəticələri avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün elektron qaydada Satınalmalar komissiyasına göndərilir. Satınalmalar komissiyası təqdim olunan tender təkliflərini daxil olduqları ardıcıllıqla açır və 1 bank günü müddətində təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirərək qərar qəbul edir, qərarı həmin gün gücləndirilmiş elektron imza vasitəsilə imzalayır və portalda yerləşdirir. Satınalmalar komissiyası tenderin nəticələri haqqında yekun protokol tərtib edir, onu həmin gün komissiyanın bütün üzvləri gücləndirilmiş elektron imza vasitəsilə imzalayırlar və protokol dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aidiyyəti üzrə göndərilir.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlara istinadlar və bu sənədləri dövlət satınalmalarının vahid internet portalının qanunvericilik hissəsindən (https://etender.gov.az/laws) və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Normativ-hüquqi aktların vahid internet elektron bazasından (http://e-qanun.az) əldə etmək olar.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsinin adı, vəzifəsi və ünvanı: İnformasiya texnologiyaları şöbəsinin böyük sistem inzibatçısı Sirus Rəhimov, iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 188), Faks: (+99412) 598-11-77
Satınalan təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır. Fondun satınalmalar üzrə təcrübəsində gözləmə müddəti tətbiq edilmir.
Tenderin qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndəriləcək və yazılı formada satınalma müqaviləsi bağlanacaqdır. İxtisas göstəricilərinin təkrar təsdiqinin prosedurları müəyyən edilmir.
Fond tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcəkdir. Tender yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə keçiriləcəkdir.
AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ NAZİRLİYİ AZƏRBAYCAN ORDUSUNUN ŞƏXSİ HEYƏTİNİN TİBBİ TƏMİNATINA GÖRƏ STOMATOLOGİYA ÜÇÜN MƏSRƏF TİBBİ LƏVAZİMATLARIN, TİBBİ OKSİGEN QAZININ VƏ RENTGEN PLYONKALAR VƏ REAKTİVLƏRİN SATIN ALINMASI İLƏ ƏLAQƏDAR
AÇIQ TENDER ELAN EDİR
- Stomatologiya üçün məsrəf tibbi ləvazimatların satın alınması üzrə iştirak haqqı - 50,00 (əlli) manat
- Tibbi oksigen qazının satın alınması üzrə iştirak haqqı - 100,00 (yüz) manat
- Rentgen plyonkalar və reaktivlərin satın alınması üzrə iştirak haqqı - 100,00 (yüz) manat.
Tender iştirakçıları öz tender təkliflərini dövlət satınalmalarının vahid elektron portalı (bundan sonra - elektron portal) vasitəsilə təqdim etməlidirlər.
Müqaviləni yerinə yetirmək üçün, tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər, yuxarıda qeyd olunan elanlar üzrə təyin olunmuş məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən və tələb olunan iddiaçı sənədlərini təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş satınalmanın Əsas şərtlər toplusunu ala bilərlər. Sənədlərin təqdimi portal vasitəsilə həyata keçirilir.
Hesab: Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VÖEN: 1401555071, müxbir hesabı №:AZ41NABZ01360100000000003944. S.W.İ.F.T. Bik: CTREAZ22; Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hesab №-si AZ84CTRE00000000000002058501, VÖEN:1300162621, Büdcə səviyyəsinin kodu 142593, Fond 3. Müdafiə Nazirliyinin tenderində iştirak haqqı.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Satınalan təşkilat iddiaçıların ixtisas göstəricilərini ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində, tenderin əsas şərtlər toplusunda və yaxud təkliflərin cəlb edilməsinə dair digər sənədlərdə şərh edilmiş ixtisas meyarlarına və prosedurlarına əsasən qiymətləndirəcəkdir.
Tender təkliflərində təklif olunacaq malların adları sıra ardıcıllığı ilə, bununla yanaşı onların ölçü vahidləri, həcmləri/miqdarları və digər parametrləri daha dəqiq, aydın, eyni zamanda əsas şərtlər toplusunun siyahısında qeyd olunan tələbata uyğun göstərilməlidir. Qeyd olunantələblərə uyğun təqdim edilməyən tender təklifləri qiymətləndirilmədən kənarlaşdırılacaqdır.
Satınalan təşkilat hər hansı bir anda iddiaçının öz ixtisas göstəriciləri haqqında saxta məlumat təqdim etdiyini müəyyən edərsə, həmin iddiaçını tenderdən kənarlaşdırır.
Hər hansı tender təklifinin qiyməti satın alınan malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən yüksək olarsa satınalan təşkilat “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını rəhbər tutaraq həmin təklifi kənarlaşdıracaq.
Tenderdə iştirak etmək üçün bütün iddiaçılar aşağıdakı sənədləri elektron portal vasitəsilə təqdim etməlidirər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
- tender təklifi (tender zərflərinin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 %-i həcmində bank təminatı tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirməyə buraxılmır.
Tender təklifinin təminatı bankların filialları və ya bölmələri tərəfindən verildiyi halda, tender təklifinin təminatı filialları və ya bölmələri təsis edən bankların İdarə heyəti tərəfindən təsdiq olunmalıdır).
Satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməli, aşağıdakı sənədlər ilə təsdiq olunmalı və sənədlər (tələb olunan formada) satınalan təşkilata elektron portal vasitəsilə təqdim edilməlidir:
- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə sənəd (malgöndərən tərəfindən hazırlanır);
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd (malgöndərənin uçotda olduğu vergi orqanından alınır);
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd (malgöndərən Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən alır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında sənəd (malgöndərənin uçotda olduğu vergi orqanından alınır);
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış (malgöndərən tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət mərkəzlərindən (məhkumluq barədə arayış) alınır);
- İddiaçının əczaçılıq fəaliyyətini həyata keçirməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş müvafiq lisenziyaya və ya icazəyə malik olmasını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti; (Malların siyahısında dərman vasitəsi olduğu üçün yalnız “Stomatologiya üçün məsrəf tibbi ləvazimatlar”a dair elan üzrə tələb olunur)
- İddiaçının nizamnaməsinin surəti (notarial qaydada təsdiq edilməli).
- Hüquqi statusunu təsdiq edən sənədlər (notarial qaydada təsdiq edilməli).
(malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri).
- Bank rekvizitləri (rəsmi məktub və ya arayışla).
Hər bir tender elanı üzrə iddiaçılar tələb olunan sənədləri bir nüsxədə hazırlayıb, tenderdə iştirak etmək üçün 14 iyul 2021-cİ il tarixə saat 10:00-dək, tender təkliflərini isə 26 iyul 2021-ci il tarixə saat 17:00-dək elektron portalı vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan tender təklifləri elektron portal tərəfindən qəbul olunmayacaqdır.
Tender zərflərinin açılması proseduru portal vasitəsilə 27 iyul 2021-ci il tarixdə saat 10:00-da keçiriləcəkdir.
Tender “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun keçiriləcəkdir.
Hər üç tender elanı haqqında əlavə məlumatları elektron portal vasitəsilə “suallar və cavablar/şikayətlər” bölməsindən almaq olar.
Bakı şəhəri, Parlament prospekti 3.
Müdafiə Nazirliyinin Tender Komissiyası.
Əlaqələndirici şəxslər: Baba Cabbarov.
E-mail: [email protected]
Tel: şəhər 012-539-80-60 daxili 10 - 401.
“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
AÇIQ TENDERƏ DƏVƏT EDİR
Tender 1 lot üzrə keçirilir:
Lot 1 - Cəmiyyətin baş ofisi və filialları üçün kompyuter və monitorların satın alınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adı çəkilən tenderin bölməsində əldə edə bilərlər. (əlaqələndirici şəxs Jalə Rüstəmova, telefon +994(55)500 12 95 və ya [email protected]).
İştirak haqqı: Lot 1 - 170.00 (yüz yetmiş) manat
Bankın adı: “Azərbaycan Beynəlxalq Bank”ı ASC Abşeron filialı
Swift Code: İBAZAZ2X
Bankın ünvanı: İzmir, 1033, Bakı, Yasamal, AZ1065.
Müxbir hesabı: AZ03NABZ01350100000000002944
Kod: 805539
Bank VÖEN: 9900001881
Alan: “AZƏRPAMBIQ AQRAR SƏNAYE KOMPLEKSİ” MMC
Alanın hesabı: AZ85İBAZ38040019446129089201
VÖEN: 1305532271
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1.Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3.Tender təklifi (təkliflərin açıqlandığı tarixindən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
4.Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təkliflərin açıqlandığı tarixdən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (2021-ci ili əhatə etməli);
6.İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı (müvafiq vergi departamenti tərəfindən təsdiq olunmuş);
7.İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əsli);