Antalya Diplomatiya Forumunda Cənubi Qafqazdakı sülh və real əməkdaşlıq imkanları müzakirə olunub
Siyasət

Antalya Diplomatiya Forumunda Cənubi Qafqazdakı sülh və real əməkdaşlıq imkanları müzakirə olunub

Antalya Diplomatiya ForumundaCənubi Qafqaz: regional sülh əməkdaşlıq üçün yeni fürsətlərmövzusuna panel müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Əlican Ayanların moderatorluğu ilə keçən panel müzakirəsində çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən sonra regionda yaranmış vəziyyətlə bağlı mövqeyini iştirakçılara çatdırıb. Ölkəmizin müharibədən sonra həyata keçirdiyi layihələrdən bəhs edən C.Bayramov deyib ki, bu infrastrukturlar təkcə Qarabağa deyil, Ermənistana gedən yolun da bir hissəsini təşkil edir. Ona görə sözügedən layihələr Qarabağdakı erməni vətəndaşlarımız kimi, Ermənistanın özü üçün faydalıdır. Biz bu yolları açmaqla sülhü dəstəklədiyimizi real işlə nümayiş etdirdik. Biz Ermənistana səslənirik ki, əməkdaşlıq edək, dialoq aparaq. Onlar isəhələ müharibə bitmədifikirləri səsləndirirlər. Biz danışıqlara hər zaman hazırıq.

Bölgə ölkələrinin mövcud problem məsələlər ətrafında birgə dialoq apara bilməməsini yanlışlıq kimi dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin deputatı, professor Kamil Aydın deyib ki, problemləri həll etmək üçün tərəflər arasında yaxınlaşma dialoq təmin edilməlidir. Problem daha çoxşaxəli platformalara daşınmamalıdır. Region dövlətləri arasında əlaqələr münasibətlər inkişaf etdikcə, problem daha tez həllini tapar. Ermənistanın Azərbaycan Türkiyəni günahlandırması doğru yol deyil. Ərazi iddiası irəli sürən Ermənistan yanlış yoldadır. Biz bu bölgənin ölkələriyik. Türkiyədə müxtəlif millətlərin nümayəndələri, həmçinin ermənilər yaşayırlar. Ermənistan isə monoetnik ölkədir. Ermənistan bu yanlış yanaşmaya düzəliş etməlidir.

Əsassız iddiaları təhlükəli faydasız adlandıran ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza deyib ki, Ermənistan dövlətinin siyasətində bəzi mühüm məqamlar dəyişməlidir. Azərbaycan Ordusunu zəif görmək kimi xülyalar, Türkiyə Azərbaycana qarşı torpaq iddiaları kimi yanlış baxışlar istəklər bu dövləti dalana gətirib çıxarıb. Ermənistan bu zərərli tendensiyalardan imtina etməlidir. Bu gün Ermənistanın yeni bir dövrə, işıqlı gələcəyə qədəm qoymaq şansı var onlar bu şansı qaçırmamalıdırlar.

Qafqazdakı yeni situasiyanın əsasının Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi ilə qoyulduğunu, Xocalı soyqırımına işğalçılıq siyasətinə görə Ermənistanı dəfələrlə qınadığını ifadə edən erməni əsilli professor Jirayir Libaridiyan vurğulayıb ki, erməni diasporunun proseslərə təsiri böyükdür. Ermənistan dövlətinin yaranmış vəziyyətdən tək çıxış yolu Azərbaycan Türkiyə ilə əlaqələrini normallaşdırmasıdır. Bundan sonra birgə fəaliyyət müzakirə mövzusu ola bilər. Azərbaycanın torpaqları işğal altında olduğu müddətdə, əlbəttə ki, əlaqələrin normallaşdırılmasından söz gedə bilməzdi. Amma bu gün - Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra belə bir şans yaranıb, dialoq üçün imkanlar açılıb. Bu gün Ermənistanda siyasi vəziyyət elədir ki, seçkilərdə yüksək reytinqə malik olan öndə gedən iki partiyanın liderləri - Paşinyan Köçəryan mövcud durumu qiymətləndirməkdə acizdirlər onların dialoqa tərəfdar olacağına ümid etmək olmaz. Bu mövzuda Ermənistanda daha çox vəziyyətə real baxan Levon Ter-Petrosyandır ki, onun da partiyası seçkilərdə 10-15 faiz səs toplaya bilər. Amma yenə Ermənistan parlamentində vəziyyətə real baxan insanların olacağı az ümidvericidir.

Gürcüstan-Azərbaycan-Türkiyənin üçtərəfli əməkdaşlıq formatının nəticələrini hər kəsə nümunə kimi dəyərləndirən xarici işlər naziri David Zalkaliani Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi