MÜDAFİƏ NAZİRLİYİ MƏRKƏZİ APARAT ÜÇÜN 2021-ci İLDƏ TƏMİZLİK LƏVAZİMATLARININ SATIN ALINMASI ÜZRƏ
AÇIQ TENDER ELAN EDİR
Təmizlik ləvazimatlarının satın alınması.
Tender iştirakçıları öz tender təkliflərini elektron portal vasitəsi ilə təqdim etməlidirlər.
Müqaviləni yerinə yetirmək üçün, tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 100 manat iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən və tələb olunan iddiaçı sənədlərini təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş satınalmanın Əsas şərtlər toplusunu ala bilərlər. Sənədlərin təqdimi portal vasitəsilə həyata keçirilir.
Hesab: Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VÖEN: 1401555071, müxbir hesabı: AZ41NABZ01360100000000003944. S.W.İ.F.T. Bik: CTREAZ22; Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hesab №-si AZ84CTRE00000000000002058501, VÖEN:1300162621, Büdcə səviyyəsinin kodu 142593, Fond 3. Müdafiə Nazirliyinin tenderində iştirak haqqı.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Satınalan təşkilat iddiaçıların ixtisas göstəricilərini ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində, tenderin əsas şərtlər toplusunda və yaxud təkliflərin cəlb edilməsinə dair digər sənədlərdə şərh edilmiş ixtisas meyarlarına və prosedurlarına əsasən qiymətləndirəcəkdir.
Satınalan təşkilat hər hansı bir anda iddiaçının öz ixtisas göstəriciləri haqqında saxta məlumat təqdim etdiyini müəyyən edərsə, həmin iddiaçını tenderdən kənarlaşdırır.
Hər hansı tender təklifinin qiyməti satın alınan malların ehtimal olunan qiymətindən yüksək olarsa satınalan təşkilat “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını rəhbər tutaraq həmin təklifi kənarlaşdıracaq.
Tenderdə iştirak etmək üçün bütün iddiaçılar aşağıdakı sənədləri elektron portal vasitəsilə təqdim etməlidirər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
- tender təklifi (tender zərflərinin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 %-i həcmində bank təminatı tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirməyə buraxılmır.
Tender təklifinin təminatı bankların filialları və ya bölmələri tərəfindən verildiyi halda, tender təklifinin təminatı filialları və ya bölmələri təsis edən bankların İdarə heyəti tərəfindən təsdiq olunmalıdır).
Satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməli, aşağıdakı sənədlər ilə təsdiq olunmalı və sənədlər (tələb olunan formada) satınalan təşkilata elektron portal vasitəsilə təqdim edilməlidir:
- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə sənəd (malgöndərən tərəfindən hazırlanır);
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd (malgöndərənin uçotda olduğu vergi orqanından alınır);
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd (malgöndərən Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən alır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının